ABŞ-nin Kaliforniya ştatında yağan güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində üç nəfər ölüb.
Ştat rəsmiləri Los-Anceles dairəsinin bəzi ərazilərində 27 sm-ə qədər yağış yağdığını, bunun nəticəsində insanların təxliyəsinə və əsas yolların bağlanmasına səbəb olduğunu bildiriblər.
TÉ™cili yardım xidmÉ™tlÉ™ri suyun sÉ™viyyÉ™sinin qalxması sÉ™bÉ™bindÉ™n avtomobillÉ™rdÉ™ qalmış insanlara kömÉ™k dÉ™ daxil olmaqla xilasetmÉ™ É™mÉ™liyyatları aparır.Â
24 dekabrda Kaliforniya qubernatoru Qevin Nyusom Los-Ancelesdə və Cənubi Kaliforniyanın digər ərazilərində fövqəladə vəziyyət elan etmişdi.