EN

Bakıda sürücü keçiddən keçən üç azyaşlının üstünə maşın sürdü ANBAAN VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Xətai rayonunda kobud qayda pozan sürücü qəzadan son anda xilas olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 11-də saat 17:43 radələrində Çingizxan Kərimov və Qədir Məmmədov küçələrinin kəsişməsində baş verib.Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən üç azyaşlıya məhəl qoymadan hərəkətini davam etdirir. Kadrlardan göründüyü kimi, öndəki avtomobil dayanaraq piyadalara yol verdiyi halda, qayda pozan sürücü dayanmaqdan imtina edir və sola manevr edərək maşını azyaşlıların üstünə sürür.

Bir daha xatırladaq ki, sürücülər piyada keçidlərinə yaxınlaşan zaman sürəti azaltmalı, ətrafı diqqətlə müşahidə etməli və piyadalara yol verməlidirlər. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
avtosfer.az

1Sources