İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi “Sevilya”nın braziliyalı müdafiəçisi Markaonu hakimə qarşı təhqiramiz davranışı səbəbindən 6 oyunluq diskvalifikasiya edib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu fevralın ortasına qədər rəsmi matçlarda iştirak edə bilməyəcək.
“Sevilya” qərardan şikayət edə bilər, lakin cəzanın yüngülləşmə ehtimalı azdır.
Qeyd edək ki, qarşılaşma “Real”ın 2:0 qələbəsi ilə yekunlaşıb.