EN

Cüdo məşqçiləri üçün seminar və imtahan

Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçilərin ustalıq və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 22–26 dekabr tarixlərində I və II dan dərəcələri üzrə seminar və imtahan təşkil edib. Tədris prosesinə ümumilikdə 30 nəfər cəlb olunub.

Proqram çərçivəsində I dan dərəcəsi üzrə “Nage-no-Kata”, II dan dərəcəsi üzrə isə “Katame-no-Kata” istiqamətində nəzəri və praktik məşğələlər keçirilib, iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.

Tədbirə Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru Mehmet Yılmaz da dəvət olunaraq təcrübə mübadiləsində iştirak edib.

ACF dan dərəcələrinin inkişafı istiqamətində məşqçilər üçün təlim və imtahan proseslərini mütəmadi şəkildə davam etdirir.

Qabil YUSİFOĞLU
XQ

 

Chosen
18
6
xalqqazeti.az

7Sources