EN

2026 cı ildə də daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək?

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Son illər ərzində daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı bir sıra obyektiv səbəblərlə bağlıdır. Ekspertlərin 10-15% arasında qiymət artımı ilə bağlı verdiyi proqnozlar özünü doğrultmağa başlayıb və bu artım daha çox Bakı şəhəri kimi likvidliyi və tələbatı yüksək olan ərazilərdə özünü göstərir”. Bu fikirləri Demokrat.az-a açıqlamasında daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib. O deyib ki, statistik göstəricilər də bunu təsdiqləyir, lakin regionlarda bu dinamika daha zəifdir:“Əsas səbəblərdən biri kimi tikinti icazələrinin sayında kəskin azalmanı göstərmək olar. Belə ki, 2018-ci ildən sonra müvafiq səlahiyyətlər yerli icra hakimiyyətlərindən alınaraq mərkəzləşdirilib və nəticədə yeni inşaat layihələrinin sayı azalıb. 2016-2020-ci illər ərzində böyük inşaat aktivliyi müşahidə olunurdusa, hazırda bu temp xeyli zəifləyib. Eyni zamanda inflyasiya və tikinti materiallarının bahalaşması mənzillərin maya dəyərini artırır, bu da qiymətlərin qalxmasına səbəb olur”. Onun sözlərinə görə, rəqabətin azalması fonunda tikinti şirkətləri satışa çıxardıqları məhdud sayda mənzilləri daha yüksək qiymətə təklif edirlər:“Əhalinin daşınmaz əmlaka investisiya aləti kimi baxması və gələcək qazanc məqsədilə mənzil alması isə bazarda süni tələbat yaradır. Bu faktorları nəzərə alaraq, 2026-cı ildə də daşınmaz əmlak bazarında qiymət artımının davam edəcəyi gözlənilir. Əgər icazə mexanizmlərində dəyişikliklər baş verməzsə və yeni layihələrə təşviq artırılmazsa, qiymət artımı qaçılmaz olacaq”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
demokrat.az

1Sources