EN

Mənzil seçimində kiberhücum cəhdləri neytrallaşdırılıb, DTX-da cinayət işi başlanılıb - BİRGƏ MƏLUMAT

Bakı. Trend:

Dekabrın 3-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbətilayihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı(www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsiləsatışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiqedilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemintəhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılmış və təmin edilib.

Trend xəbər verir ki, bubarədə Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinınyaydığı birgə məlumatda deyilir.

Qeyd olunub ki, mənzil seçimi prosesinə nəzarət və informasiyatəhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücumcəhdləri müşahidə edilib və operativ şəkildə aşkarlanaraqneytrallaşdırılıb. Qeydə alınan müvafiq faktlarla bağlı DTX-dəcinayət işi başlanılıb.

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları -C.Süleymanlı və T.Abdulov onlara müraciət etmiş müxtəlifvətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri prosesinisürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlükqazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri və informasiyatexnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadəedərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MİDA-nın“Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesinitəmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmişmühafizə mexanizminə qanunsuz tətbiq etməklə, 03 dekabr 2025-ci iltarixində saat 11:00-da kompüter infrastrukturunun normalfəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətləretmişlər.

Qeyd olunan şəxslər DTX tərəfindən Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminəqanunsuz müdaxilə - hüququ olmadan kompüter məlumatlarını qəsdəndaxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdənmaneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayətməsuliyyətinə cəlb edilmişlər.

Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləridavam etdirilir.

Məqalədə:
Chosen
48
49
az.trend.az

10Sources