Bakı. Trend:
Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) SilahlıQüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı iləkeçiriləcək "Sülh Qalxanı - 2026" təliminin dekabrın 25-də Bakıdaəsas planlama konfransı olub.
Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkəninhərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-dəkeçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcəkfəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsiaparıblar.
"Sülh Qalxanı - 2026" təlimində icra olunacaq tapşırıqlarlabağlı brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallarcavablandırılıb.
Ölkəmizə səfər çərçivəsində BƏƏ nümayəndə heyəti AzərbaycanOrdusunun bir neçə hərbi hissəsini ziyarət edib. Qonaqlara hərbihissələrdə yaradılan şərait və hərbi qulluqçuların hazırlıqsəviyyələri ilə bağlı ətraflı məlumat verilib.