Bakıda ölkəmizin özəl şirkətlərinin nümayəndələri üçün “Türkiyə bazarına çıxış: ixrac, hüquqi və praktiki aspektlər” mövzusunda seminar keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, tədbirin açılışında Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Gülizar Yavaş Azərbaycan-Türkiyə ticarət əməkdaşlığı, Türkiyə bazarında Azərbaycan şirkətlərinin iştirakı prosedurları barədə məlumat veriblər.
Görüşlər zamanı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edilib.