EN

"Şamaxı"nın braziliyalısının aqibəti necə olacaq? - Ayxan Abbasov aydınlıq gətirdi

“Şamaxı” braziliyalı müdafiəçi Antonio Lara ilə vidalaşa bilər. 

Az oyun şansı qazanmasından şikayətçi olan futbolçu müqaviləsini dayandırmaq üçün müraciət etsə, bölgə təmsilçisi 26 yaşlı futbolçu ilə yollarını ayırmağa hazırdır. 

Bunu Fanat.Az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib:

"Laranın bizimlə yaya qədər müqaviləsi var. Düzdür, özü az oynadığına görə narazı görünür. Eyni situasiya ilə üzləşən əksər futbolçular kimi, o da şikayətlənir. Özü getmək istəsə, oturub müzakirə edə, müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verə bilərik. Əks halda, yaya qədər bizim futbolçudur".

Qeyd edək ki, yayda "Şamaxı"ya qoşulan Antonio Lara bölgə klubunun heyətində cəmi 9 oyuna çıxıb. O, bu görüşlərin hamısında oyuna əvəzetmədən çıxıb və vur-tut 20 dəqiqə meydanda olub.

Mirağa

Chosen
18
1
fanat.az

2Sources