EN

“Məsələni bitmiş hesab etmək olmaz Deputatdan Rusiyanın AZAL la bağlı qərarına REAKSİYA

ain.az bildirir, Redaktor.az portalına istinadən.

"AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verilməsinə dair məktubun məzmunu ilə bağlı məlumatım yoxdur".

Bunu Redaktor.az-a Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verilməsinə dair Azərbaycana məktub göndərməsindən danışarkən qeyd etdi.

"Hər halda cinayət işi başa çatıbsa, bunun real nəticələri də orada qeyd olunmalıdır. Hələ ki, bu real nəticələrin qeyd olunduğunu görmürük. Kompensasiyanın ödənilməsi və başqa məsələlər mütləq öz həllini tapmalıdır. Çünki bizim əsas tələbimiz bunun üzərindədir. Hələ ki, belə bir tələb yerinə yetirilməyibsə, onda məsələni bitmiş hesab etmək olmaz", - deyə o yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
1
redaktor.az

2Sources