EN

Şəhərin baş yolkasını qarət edib futbol OYNADILAR: Polis AXTARIŞDADIR – VİDEO

Primoryedə yolka oyuncaqlarını oğurlayıb futbol oynayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Gecə vaxtı baş yolkanın hasarını aşıb oyuncaqları oğurlayan şəxslər axtarılır.

Məlumata görə, Rusiyanın Primorye diyarının Partizansk şəhərində qəribə vandalizm aktı qeydə alınıb. Sakinlər Yeni il şarlarından bəzək kimi yox, top kimi istifadə etmək qərarına gəliblər.

Gecə saatlarında şəhərin baş yolkasının yanına gələn şəxslər hasarı aşaraq oradan böyük bir şarı qoparıb və futbol matçına başlayıblar.

Daha sonra “futbolçular” bir topun onlara kifayət etmədiyini düşünərək daha bir neçə oyuncağı da özləri ilə götürüb aparıblar.

Hazırda polis yerli “Messi” və “Ronaldo”ların axtarışına başlayıb, faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
14
interpress.az

1Sources