EN

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib (FİOTO)

Bakı. Trend:

"AzerGold” QSC və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilənəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş“Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələrin və ipək vəyundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimikeçirilib.

“Nadir incilər – ipəklə gümüşün harmoniyası” adlı tədbirdədövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrinAzərbaycandakı səfirləri, mədəniyyət və ictimai xadimlər,qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirakediblər.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədriZakir İbrahimov ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətindəhəyata keçirilən dövlət siyasətindən bəhs edərək, vəhşi təbiətinmühafizəsinin dövlət siyasəti səviyyəsində prioritetistiqamətlərdən biri olduğunu qeyd edib.

Sədr bu kontekstdə IDEA İctimai Birliyinin fəaliyyətini xüsusiləqeyd edərək, təşkilatın həyata keçirdiyi layihələrin nəsli kəsilməktəhlükəsi altında olan fauna növlərinə yeni həyat, təbiətə isə ümidqazandırdığını diqqətə çatdırıb.

Z.İbrahimov bu təşəbbüslərin uğurla reallaşmasında IDEA İctimaiBirliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın əvəzsiz roluolduğu bildirilib və yeni layihənin icra edilməsində əsas ilhammənbəyinin məhz bu fəaliyyət olduğunu vurğulayıb.

Sədr dövlət şirkəti tərəfindən təkcə yataqların istismarıprosesində deyil, bütün istiqamətlər üzrə ekoloji tələblərin ənvacib prioritet kimi nəzərə alındığını, eyni zamanda həyatakeçirilən sosial layihələr arasında da bioloji müxtəlifliyinqorunmasın önəmli yer tutduğunu qeyd edib. Yeni sikkə-xalçakolleksiyasının da nadir fauna növlərinin qorunmasının təbliği vəbiomüxtəlifliyin əhəmiyyətinə diqqətin cəlb edilməsi məqsədidaşıdığı bildirilib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri,Əməkdar İncəsənət xadimi Emin Məmmədov bildirib ki, yun və ipəkdən3D texnologiyası ilə toxunmuş xalçalar “AzerGold” QSC və“Azərxalça” ASC-nin vəhşi təbiətin qorunmasına yönəlmiş ortaqmesajını estetik və bədii formada ifadə edir. Xüsusi qeyd olunubki, hər iki qurumun birgə fəaliyyəti Azərbaycanın ənənəvixalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü vədəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə ReprezentativSiyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub. Sədr“Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunubsaxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarətolduğunu söyləyib. Emin Məmmədov sərgidə nümayiş olunan müxtəlifQarabağ xalçalarının qısa tarixindən də söz açaraq “Azərxalça”ASC-nin gələcək planları və əsas hədəflərindən tədbiriştirakçılarına xəbər verib.

Qeyd edək ki, kolleksiyaya daxil edilən hər 3 nadir fauna növü -ceyran, bəbir və bezoar keçisi Azərbaycan Respublikasının “QırmızıKitab”ı, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının“Qırmızı Siyahı”sının nəsli kəsilmək təhlükəsi olan canlılarkateqoriyasına daxil edilib. Yeni nəsil gümüş sikkələr numizmatikasahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting”texnologiyasının tətbiqi ilə 2 unsiya çəkidə, yüksək keyfiyyətligümüşdən, 3D formatında ərsəyə gətirilib.

Tədbirdə hər iki milli brendin eyni mövzuda ərsəyə gətirdiyiməhsullara və onların istehsalına dair videoçarxlar nümayiş olunub.Sonda tədbir iştirakçıları yeni kolleksiya nümunələri, eləcə dədigər sikkə və külçə çeşidləri, eyni zamanda müxtəlif növxalçalarla tanış olublar.

“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
“Nadir
Məqalədə:
Chosen
15
7
az.trend.az

9Sources