EN

Ankarada ürəkparçalayan qəza



Ankaranın Beypazarı rayonunda 27 yaşlı Mahir Çanak, 25 yaşlı həyat yoldaşı Zeynep Çanak və 3 aylıq körpələri avtomobillərinin idarəetmədən çıxaraq 10 metrlik yamacdan yuvarlanması nəticəsində həyatlarını itiriblər.
Qəza axşam saatlarında Ankara-Beypazarı avtomobil yolunda, şəhər girişindən 10 kilometr aralıda baş verib. Mahir Çanak döngədə 06 KOP 14 nömrəli avtomobilinin idarəetməsini itirərək yoldan çıxaraq 10 metrlik səddən aşağı yuvarlanıb. Avtomobil tamamilə sıradan çıxıb. Yoldan keçən digər sürücülərin xəbərlərindən sonra hadisə yerinə tibb, jandarma və yanğınsöndürmə qrupları göndərilib. Tibb işçiləri sürücü Mahir Çanakın, həyat yoldaşı Zeynep Çanakın və 3 aylıq oğullarının öldüyünü müəyyən ediblər.

Ankarada mühafizəçi işləyən Mahir Çanakın həftəsonunu keçirmək üçün ailəsi ilə birlikdə doğma şəhəri Beypazarıya gəldiyi məlum olub.

Qəza ilə bağlı araşdırma başlanıb.


aia.az
Tərcümə şöbəsi



Chosen
31
aia.az

1Sources