EN

Rusiyanın Ermənistandakı səfirindən İLGİNC AÇIQLAMA: “Bakı-İrəvan münasibətlərinin normallaşması…”

“Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi Moskva ilə imzalanmış üçtərəfli razılaşmalar üzərində qurulub”. 

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sputnik Armenia platformasının “Abovyan Time” proqramında çıxışı zamanı bildirib.

Səfirin sözlərinə görə, Rusiya regionda mövcud olan bütün həssas və ağrılı məsələlərin həllinin tərəfdarıdır və bu prosesin uzunmüddətli perspektivdə həyata keçirilməsini vacib hesab edir.

“Rusiyanın mövqeyi dəyişməyib. Biz indi də açıq şəkildə bəyan edirik ki, tərəflərə tələb olunan formatda və lazımi həcmdə yardım göstərməyə hazırıq. Cənubi Qafqazda baş verən proseslər bizim üçün böyük əhəmiyyət daşıyır”, – deyə Kopırkin vurğulayıb.

Diplomat qeyd edib ki, Rusiya regionda sabitliyin və davamlı sülhün təmin olunmasını strateji prioritet hesab edir və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verməkdə maraqlıdır.

Natiq Səlim,
KONKRET.az

Chosen
79
2
konkret.az

3Sources