EN

Münaqişənin həlli yaxındır, son cəhd qalıb - Moskvadan AÇIQLAMA

Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşıb, tərəflərin son dəfə cəhd etməsi lazımdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov yerli mediaya açıqlamasında deyib.

 

"Düşünürəm ki, 2025-ci il dekabrın 25-də hamımızın yaddaşında həqiqətən də həllə yaxınlaşdığımız bir hədd kimi qalacaq, lakin son cəhdi edib razılaşmaya çıxa biləcəyikmi? Bax bu, qarşı tərəfin siyasi iradəsindən asılıdır", - diplomat bildirib.

 

Onun sözlərinə görə, əgər tərəflər Ankoricdə razılaşdırılan məsələlərdən uzaqlaşsalar, heç bir kompromis əldə etmək mümkün olmayacaq.

 

O, həmçinin əlavə edib ki, Rusiya Ukraynanı dost ölkə kimi görmək istərdi.

Chosen
27
1
modern.az

10Sources