EN

Lənkəranda, gecə ki, oldu küçə itləri “hücuma keçir” – FOTO

Küçə itləri şəhər mərkəzində insanlara, maşınlara “hücuma keçirlər”.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhərində gecə ki, düşdü küçə itləri də insanlara, maşınlara “hücuma keçirlər”.

Sahibsiz itlərə şəhərin mərkəzi küçələrində, əsasən də Heydər Əliyev parkı ətrafında, Qala Xiyabanında rast gəlmək mümkündür. Pusquda duran itlər nəqliyyat vasitələrinə, gəzintiyə çıxan sakinlərə hücum çəkib təhlükə yaradırlar. Sakinlər dəfələrlə sahibsiz itlər barəsində tədbirlər görülməsini aidiyyəti orqanlardan xahiş etsələr də, heç bir nəticə olmayıb.

Görüntüləri təqdim edirik.

 

Chosen
25
nocomment.az

1Sources