Xəstəxana və poliklinikalarımızda elektron növbə sistemlərinin tətbiqi gecikir. bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, "ASAN" xidmətin elektron növbə sistemi uzun illərdir problemsiz işləyir və bu model səhiyyə sahəsində də tətbiq oluna bilər.
İclasda müzakirə olunan digər mövzu isə ödənişli parklanma yerləri ilə bağlı olub. Millət vəkili Vasif Qafarov ödənişli parklanma yerlərində avtomobillərin sığortalanmaması problemini qaldırıb
Deputat həmçinin Bakıda rəsmi qeydiyyatı olan taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsini də təklif edib.
Plenar iclasda paytaxtın tıxac problemi də diqqət mərkəzində olub. Millət vəkili Fazil Mustafa tıxacların azaldılması üçün alternativ iş rejimlərinin tətbiqini təklif edib.
İclasda həmçinin 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilib.Bundan başqa, Milli Məclis asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılmasını ilk oxunuşda qəbul edib. Həmçinin, "Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər ilk oxunuşda qəbul olunub. Sənədə əsasən, xidməti tapşırıq əsasında yaradılan ixtiralardan əldə edilən gəlirin azı 50 faizi müəllifə qonorar kimi ödəniləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.