EN

Prezident Ağdamda həm daxili, həm də xarici auditoriyaya hesablanmış mesajlar verdi

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Prezident İlham Əliyevin Ağdam şəhərindən beynəlxalq ictimaiyyətə yönəlik Azərbaycan həqiqətlərinin çatdırılması və baş verənlərin daha da anlaşılması üçün etdiyi müraciətlər və məhz bunun üçün məkan olaraq Ağdamın seçilməsi hesab edirəm ki, təsadüfi deyil. İlham Əliyev həm daxili auditoriyaya, həmçinin də xarici auditoriyaya hesablanmış ciddi mesajlar verdi".Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, daxili auditoriyaya göndərilən mesajı, ölkənin bütün qüvvələrini yeni mərhələyə birlik və həmrəyliyə çağırış olaraq qeyd etmək lazımdır:"Bu, prezidentin son amnistiya aktını imzalanması ilə, 20 min insana şamil olunan humanist addımından da aydın göründü. O, bu addımı ilə ölkədə bağışlamaq və həmrəylik yoluna daha çox önəm verdiyini göstərdi. Digər tərəfdən isə prezidentin Ağdamdan verdiyi mesaj, xarici qüvvələrin auditoriyasına aid idi. İşğalçı Ermənistanın havadarlarına və ikili standartlar çərçivəsində qərar verənlərin birbaşa ünvanına oldu".Ekspert bildirib ki, Ağdam, eləcə də işğalda qalan Azərbaycan torpaqları işğal zamanı sistemli şəkildə dağıdıldı və yerlə-yeksan edildi:"Hər şey sökülərək Ermənistana daşınmış və satılmışdır. Bütün bunlar qəsdən həyata keçirilmiş və tarixi irsin silinməsi üçün şəhərlərin yaşanmaz hala gətirilməsini təmin etmək məqsədilə edilmişdi. Bu, Azərbaycan xalqının bir daha bu torpaqlara geri dönməməsi üçün planlı şəkildə həyata kecirilən erməni vandalizmi və düşmənçiliyi idi. Prezident İlham Əliyev bir daha bütün bunları dünyaya anlatdı".Çingiz Şahbazi onu da vurğulayıb ki, Prezident İlham Əliyev həmçinin işğal dövründə, uzun illər ərzində beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun rolu və fəaliyyəti haqqında məlumatlar verdi:"ATƏT-in Minsk qrupu və həmsədr ölkələrin, BMT-nin işğalla bağlı 4 qətnaməsinə rəğmən, ikili standartlar çərçivəsində fəaliyyət göstərməsini və Azərbaycanın haqlı mövqeyini dəstəkləmək niyyətlərinin olmamasını, konkret qeyri obyektiv fəaliyyətlə məşğul olmalarına dair,geniş əhatəli mesajları, bir daha ərazi bütövlüyümüzü bərpa etmək istiqamətində atdığımız addımların doğruluğunu əsaslı şəkildə ortaya qoydu. Sübut etdi ki, Azərbaycanı işğalla barışdırmaq istəyənlər səhv yolda olublar. Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
newscenter.az

2Sources