“İlk növbədə, növbəti tibbi-sosial ekspertiza müayinəsi zamanı şəxsin sağlamlığının bərpa olunduğu və ona əvvəl təyin edilmiş əlillik dərəcəsinin artıq qüvvədə olmadığı müəyyən edilərsə, əlillik ləğv olunur və bu əsasla pensiyanın verilməsi dayandırılır. Həmçinin müəyyən edilsə ki, şəxs əlillik statusunu saxta və ya düzgün olmayan sənədlər təqdim etməklə əldə edib, bu halda da əlillik ləğv edilir və əmək pensiyası kəsilir”.(Metbuat.az)