Yaponiyanın Şizuoka prefekturasında yerləşən bir zavodda naməlum şəxs bıçaqlı hücum edib. Hadisə nəticəsində çoxlu sayda insanın xəsarət aldığı bildirilir.
Manset.az xarici mediaya istinadÉ™n xÉ™bÉ™r verir ki, hadisÉ™ MiÅŸima ÅŸÉ™hÉ™rindÉ™ fÉ™aliyyÉ™t göstÉ™rÉ™n rezin mÉ™mulatları istehsal edÉ™n zavodda baÅŸ verib.Â
Yerli hakimiyyət orqanları insident zamanı bir neçə nəfərin yaralandığını, hücumu törədən şəxsin saxlanıldığını və hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
Yaponiyanın ictimai yayım qurumu NHK hücum nəticəsində azı 14 nəfərin xəsarət aldığını bildirərkən, Kyodo agentliyi yaralanan 8 nəfərin xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Yaralıların səhhətinin vəziyyəti və hadisənin təfərrüatları ilə bağlı hələlik rəsmi məlumat verilməyib.