EN

Netanyahu İsraildə baş verən terror aktına reaksiya verib: fəaliyyətimizi davam etdirəcəyik

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verildiyi kimi, bu gün, 26 dekabrda İsraildə terror hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, baş nazir Benyamin Netanyahu törədilmiş terror aktı ilə bağlı açıqlama verib.

"Həyat yoldaşım Sara bilikdə mən terror hücumunda həlak olanların ailələrinə - 17 yaşlı Aviv Maor və 68 yaşlı Şimşon Mordeçaya dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını diləyirik və terrorçunu qəhrəmancasına zərərsizləşdirən vətəndaşa dəstəyimizi bildiririk", - deyə o bildirib.

Netanyahunun sözlərinə görə, bütün səylərə baxmayaraq, İsrail zaman-zaman ölümcül terror hücumları ilə üzləşməyə davam edir. "İsrail hökuməti vətəndaşlarına zərər vermək cəhdlərinin qarşısını almaq üçün tədbirlər həyata keçməyə davam edəcək", - deyə o bildirib.

Xatırladaq ki, terror hücumunda Beyt Şeandan olan 68 yaşlı Şimşon Mordeçay və Eyn Haroddan olan 17 yaşlı Aviv Maor həlak olub.

Hücum Beyt Şean ərazisində başlayıb və Eyn Harod, eləcə də Afulada davam edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
bizimyol.info

1Sources