EN

Bakıda bağçadan çıxaraq avtomobil yolunda gəzən azyaşlı xilas edildi

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yola təkbaşına çıxan azyaşlının həyatı xilas edilibş

"Unikal" xəbər verir ki, “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyevanın sözlərinə görə, marşrut üzrə hərəkətdə olan sürücümüz Allahverdiyev Asif hərəkətdə olan avtomobillərin arasında azyaşlı uşağı görərək dərhal avtobusu saxlayıb. Ətrafı diqqətlə yoxlayan sürücü uşağın tək olduğunu müəyyən edib və onun təhlükəsizliyini təmin edib.

Azyaşlı uşağı avtobusa mindirib. Yaşına görə ünsiyyət qurmaq mümkün olmadığından dərhal 102 xidmətinə məlumat verilib. Qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarına uşaq təhvil verilib.

Sonradan məlum olub ki, uşaq bağçadan çıxaraq nəzarətsiz şəkildə xeyli məsafə qət edib. Polis əməkdaşları tərəfindən uşaq ailəsinə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
86
4
unikal.az

6Sources