EN

Hakerlər "Trust Wallet"dən 7 milyon dollar oğurladı

Dekabrın 26-da kriptovalyuta cüzdanı "Trust Wallet"in istifadəçiləri haker hücumu nəticəsində təxminən 7 milyon ABŞ dolları məbləğində vəsait itirib.

Publika.az xəbər verir ki, bu barədə şirkətin "X" səhifəsində məlumat yayılıb.

Haker hücumu "Google Chrome" üçün "Trust Wallet" genişləndirməsinin 2.68 versiyasına təsir edib. İstifadəçilərə sözügedən versiyanı deaktiv etmələri və dərhal 2.69 versiyasına yeniləmələri tövsiyə olunub.

"Binance"ın təsisçisi və "YZi Labs"ın baş icraçı direktoru Çanpen Çzao dəymiş ziyanın həcmini təsdiqləyib və istifadəçilərə kompensasiya veriləcəyini açıqlayıb.

Chosen
26
publika.az

1Sources