EN

Qayınana ilə boğuşur, kişi ağzını aça bilmir Təzə gəlinin toya getməsi ayıb sayılır?

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki buraxılışının qəhrəmanı Biləsuvar sakini Minəxanım İbrahimova olub.

O, gəlin-qayınana münasibətlərindən söz açıb.

Minəxanım İbrahimova bildirib ki, keçmişdə gəlinlər qayınata və qayınanaya böyük ehtiram göstərər, ailə dəyərlərinə ciddi yanaşardılar.

Biləsuvar sakini öz ailə təcrübəsindən danışaraq, qayınanasına hər zaman hörmət etdiyini və onu doğma anası kimi qəbul etdiyini deyib:

"Mən qayınanamın ətrafında pərvanə kimi fırlanırdım. İndi isə elə gəlinlər var ki, qayınana ilə boğuşur, hətta camaatın içində onun üstünə cumurlar. Bu, doğru deyil. Dili 8 metr olan gəlin kimə lazımdır?!".

Minəxanım İbrahimovanın sözlərinə görə, ailədə sülh və anlaşmanın qorunması üçün səbirli olmaq, yaşlı nəslə hörmət etmək vacibdir.

Daha ətraflı videomaterialda:

"Qayınana ilə boğuşur, kişi ağzını aça bilmir" - Təzə gəlinin toya getməsi ayıb sayılır?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
2
oxu.az

3Sources