EN

Tramp Putinlə yaxın vaxtlarda danışmağı planlaşdırdığını açıqlayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya PrezidentiVladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

Trend xəbər verirki, bu barədə Donald Tramp “Politico” nəşrinə müsahibəsindədanışıb.

Amerika lideri söhbətin dəqiq vaxtını açıqlamayıb və Putinləistədiyi zaman əlaqə saxlayacağını vurğulayıb.

Donald Tramp, həmçinin bazar günü Ukrayna Prezidenti VolodimirZelenski ilə məhsuldar görüş gözlədiyini qeyd edib.

“Mən düşünürəm ki, Zelenski ilə hər şey yaxşı olacaq. Məncə,Putinlə də hər şey yaxşı olacaq”, – deyə Ağ Evin rəhbəribildirib.

Rusiya-Ukrayna müharibəsinə son qoyulması perspektivlərinətoxunan Tramp “Politico”nun yazdığına görə, Zelenskinintəkliflərinə soyuqqanlı münasibət sərgiləyib: “Mən təsdiqləməyənəqədər onun heç nəyi olmayacaq. Gəlin görək onun nələri var”.

Chosen
59
1
az.trend.az

2Sources