EN

Almaniya kansleri ilə Ukrayna prezidenti arasında telefon danışığı olub

Bakı. Trend:

Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti VolodimirZelenski arasında telefon danışığı baş tutub.

Trend xəbər verirki, telefon söhbəti Ukrayna Prezidentinin ABŞ-a planlaşdırılansəfəri ərəfəsində avropalı liderlərlə aparılan məsləhətləşmələrçərçivəsində keçirilib.

Fridrix Merts telefon danışığı ilə bağlı X hesabındakıpaylaşımında Avropa müttəfiqlərinin Ukraynaya fəal dəstəyinivurğulayıb. O qeyd edib ki, Avropanın sülhün, azadlığın vətəhlükəsizliyin təmin olunması üçün güclü və koordinasiyalıyanaşması hələ də həyati əhəmiyyət daşıyır. Kansler bildirib ki,Berlin qrupu ABŞ-dakı tərəfdaşlarla sıx koordinasiya şəraitindəUkraynaya dəstək göstərməyə hazırdır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə X platformasındakıpaylaşımında telefon söhbətində ABŞ Prezidenti Donald Tramp iləkeçirəcəyi görüşə hazırlıq məsələlərinin müzakirə olunduğunu qeydedib. O vurğulayıb ki, mövqelər uzlaşdırılır və Avropada hər kəsAvropa həyat tərzinin, dövlətlərin müstəqilliyinin və Avropadasülhün qorunması məsələsində eyni mövqedən çıxış etməlidir.

Zelenski Almaniyanın Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görətəşəkkür edib və Berlinlə birgə görülən işlər nəticəsində Ukraynadaminlərlə insanın həyatının xilas edildiyini bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti NATO-nun Baş katibi Mark Rutte,Kanadanın Baş naziri Mark Karni və bir sıra digər avropalıliderlərlə də telefon danışığı aparıb.

Chosen
77
az.trend.az

1Sources