EN

Böyük Britaniya məktəb məzunları üçün pullu hərbi təlim proqramı başladacaq

Bakı. Trend:

Böyük Britaniya hökuməti 2026-cı ilin mart ayında məktəbməzunları üçün pullu hərbi təlim proqramına start verməyiplanlaşdırır. Proqram iştirakçıları silahlı münaqişələrdə iştiraküçün ilkin hazırlıq keçəcəklər.

Trend xəbər verirki, bu barədə “i” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, proqram universitetə qəbuldan əvvəl biril fasilə vermək qərarı alan orta məktəb məzunları üçün nəzərdətutulub. Bu müddət adətən əlavə təlimlər, könüllü fəaliyyət,səyahət və ya işləməklə keçirilir. İlkin mərhələdə BöyükBritaniyanın Müdafiə Nazirliyi proqram vasitəsilə 25 yaşdan kiçik150 nəfəri silahlı qüvvələrə cəlb etməyi planlaşdırır.

Bununla yanaşı, Avstraliyada tətbiq olunan oxşar modeləəsaslanan Britaniya ordusunun planları daha genişdir. Gələcəkdə buproqram hesabına hər il silahlı qüvvələrə 1000 nəfərə qədər gəncincəlb edilməsi nəzərdə tutulur.

Məqalədə qeyd olunur ki, 13 həftəlik bu təlim proqramı gəncbritaniyalılara hərbi xidmətə dərhal yazılmaq öhdəliyi olmadanhərbi sahə ilə tanış olmaq imkanı verəcək. Silahlı qüvvələrdəqalmağı seçən iştirakçılar əlavə hazırlıq keçəcək və sonradan hərbiəməliyyatlara göndərilə biləcəklər.

Chosen
58
az.trend.az

1Sources