EN

ÜST dəhşətli rəqəmi açıqladı - Avropada hər il 800 000 insan bu səbəbdən ölür

Avropada hər il təxminən 800 000 insan alkoqol qəbulu ilə əlaqədar həyatını itirir.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, Avropa dünyada spirtli içkilərin ən çox istehlak edildiyi regiondur. Regionda alkoqol istifadəsi hər il təxminən 800 min ölümə səbəb olur. Bu da hər on bir ölümdən birinə bərabərdir.

Bu göstəricilər həm yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölümlərə, həm də özünə zərərvermə hallarına aiddir.

Chosen
43
2
publika.az

4Sources