EN

Küçəmiz işıqlığa çıxdı 

Biz  Qazax şəhərinin Fərrux ağa Qayıbov küçəsində yaşayırıq. Küçəmizin işıqlandırılması uzun illər idi unudulmuşdu. 

Bu barədə rayon icra hakimiyyətinə müraciət etdik. Müraciətimizə əsasən, yerində baxış keçirildi və tədbirlər görülməsinə başlanıldı. Küçənin işıqlandırılması ilə bağlı məsələnin həlli istiqamətində aidiyyəti şəxslərə  tapşırıqlar verildi. Qısa vaxt ərzində vətəndaşların küçənin işıqlandırılması ilə bağlı müraciətləri öz müsbət həllini tapdı. 

Hörmətli redaksiya! Qəzetiniz vasitəsilə göstərilən diqqətə görə əlaqədar qurumlara minnətdarlığımızı çatdırmağı özümüzə borc bilirik.

Vəli MURADOV,

Qazax şəhəri, Fərrux ağa 

Qayıbov küçəsinin sakini

1Sources