EN

Daxili işlər naziri Qubada vətəndaş qəbulu və sıra baxışı keçirəcək (FOTO)

Bakı. Trend:

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2026-cı ilyanvarın 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu və polisorqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olangənclərin sıra baxışını keçirəcək.

Trend xəbər verir ki, bubarədə DİN məlumat yayıb.

Quba Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaqqəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarınınsakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinəaid məsələlərlə bağlı 05.01.2026-cı il tarixinədək yaşadıqlarıərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi,e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosialşəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olannamizədlərin sıra baxışı isə vətəndaş qəbulundan öncə, yəniyanvarın 6-da 08:00-da Quba Olimpiya İdman Kompleksindəkeçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyətvəsiqəsi tələb olunur.

Daxili
Chosen
21
26
az.trend.az

10Sources