EN

Buzlu yolda 50-dən çox avtomobil toqquşub, ölən və yaralılar var

Yaponiyanın Qumma prefekturasında, ölkənin mərkəzi hissəsində 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada ən azı bir nəfər ölüb, 26 şəxs yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

İlkin məlumata görə, buz bağlaması səbəbindən baş verən qəzada azı 10 avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyi isə bildirib ki, qəzalarda yaşlı qadın ölüb, 5 yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 21 nəfər isə yüngül xəsarət alıb.

Hadisəyə görə Yaponiyanın mərkəzindəki magistral yolun bir neçə hissəsi nəqliyyat üçün bağlanıb.

Chosen
25
1
avtosfer.az

2Sources