EN

Günəşdə ən güclü alışma olub

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 8-dən bəri Günəşdə ən güclü alışma baş verib.

Hafta.az xəbər verir ki, bununla bağlı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Məlumata görə, bu gün səhər tezdən Günəşin şərq kənarında əsas M5.1 məşəli qeydə alınıb:

"Hadisənin intensivliyi ən yüksək X bal həddinin təxminən 50%-i olub. Maksimal emissiya Bakı vaxtı ilə saat 05:50-də qeydə alınıb".

Mütəxəssislərin fikrincə, alışma aktivliyinin gözlənilən pik nöqtəsi Yeni il bayramları zamanı baş verə bilər. Bununla belə, Yeni il ərəfəsində maqnit qasırğalarının və parlaq auroraların yaranma ehtimalı hazırda aktiv regionların Günəş-Yer xəttindən əhəmiyyətli məsafədə olması səbəbindən aşağı hesab olunur.

Chosen
57
16
hafta.az

10Sources