EN

Qadının başı, qolu və büstqalteri timsahın mədəsindən tapıldı

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Zimbabvedə Zambezi çayının sahilində dostları ilə istirahət edən qadını timsah parçalayıb. Yırtıcı növbəti gün izlənilərək öldürülüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Nyoni Bryus həyat yoldaşı, eləcə də iki dostu ilə birlikdə üzmək və şəkil çəkmək üçün adaya gedib. Qadın suya daxil olduqdan sonra timsah onun üzərinə hücum edib.

Şahidlərin sözlərinə görə, sürünən Nyonini tutaraq dərinliyə aparıb. Dostlarının onu xilas etmək cəhdləri nəticəsiz qalıb.

Dekabrın 23-də, faciədən bir gün sonra polis əməkdaşları və Parklar İdarəsinin nümayəndələri timsahı taparaq zərərsizləşdiriblər. Yırtıcının mədəsindən qadının başı, sol qolu və büstqalteri çıxarılıb.

Hakimiyyət orqanları vətəndaşları sürünənlərin yaşadığı su hövzələrinin ətrafında son dərəcə ehtiyatlı olmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
lent.az

1Sources