EN

"Bahar" və "Qum-Dəniz" yataqlarının yenidən işlənməsi çərçivəsində ilk neftin əldə olunacağı tarix açıqlanıb

Bakı. Trend:

“Bahar” və “Qum-Dəniz” yataqlarının İlkin Hasilat Sxemi üzrəyenidən işlənmə layihəsi çərçivəsində müvafiq addımlar atılır.

Bu barədə Trend“Bahar Energy Operating Company Limited” (BEOC) şirkətinə istinadənxəbər verir.

SOCAR tərəfindən son illərdə həyata keçirilən Korporativstrategiyaya uyğun olaraq mövcud neft-qaz yataqlarının potensialıvə əməliyyat səmərəliliyi yenidən qiymətləndirilməkdədir.

Bu xüsusda, “Bahar” və “Qum-Dəniz” yataqlarının İlkin HasilatSxemi üzrə yenidən İşlənmə layihəsi çərçivəsində BEOC və SLBşirkətləri arasında müqavilə bağlanılıb. 2026-cı ilin yanvar ayınaqədər “Bahar” yatağının statik və dinamik modellərinin, ilkinhasilat sxemi çərçivəsində quyu qazma, tamamlanma proqramını daəhatə edən işlənmə planının hazırlanması, yataqların işlənmə planıüçün əlverişli sahələrin müəyyənləşdirilməsi işləri nəzərdətutulub. Həmçinin ilkin işlənmə quyularının təyin edilməsi,quyuların qazma və tamamlanması üçün konseptual mühəndisliklayihələndirilməsinin aparılması, eləcə də layihəni “müəyyən et” və“icra et” mərhələləri üçün iş həcminin, iş qrafikinin və büdcəplanının hazırlanması işlərinin yekunlaşdırılmasırazılaşdırılıb.

Layihə çərçivəsində müasir texnoloji standartlara uyğuninfrastrukturun qurulması, yeni hasilat və kəşfiyyat quyularınınqazılması, eləcə də istehsalat və nəqliyyat sistemlərininmodernləşdirilməsi nəticəsində ilkin neftin 2027-ci ilin sonu -2028-ci ilin əvvəli əldə edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Bahar” və “Qum-dəniz” yataqlarının idarəçiliyiüzrə pay bölgüsündə dəyişiklik edilib və 15 avqust 2025-ci iltarixindən etibarən “Bahar Energy Operating Company Ltd”də (BEOC)payların 100%-nin SOCAR tərəfindən alınması təmin olunub.Beləliklə, layihə HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) əsasındaSOCAR tərəfindən idarə olunur. Şirkət tərəfindən “Bahar” yatağıüzrə payların qismən (60–70%) ötürülməsi ilə əlaqədar strateji yolxəritəsi hazırlanıb və 2026-cı ilin birinci rübündə investorlarıncəlb olunması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Chosen
34
2
az.trend.az

3Sources