Məşhur fransız futbol məşqçisi Jan-Lui Qasset vəfat edib.
Fanat.Az xəbər verir ki, 72-ci doğum gününü dekabrın 7-də qeyd edən mütəxəssis bu gün dünyasını dəyişib.
İnformasiyanı onun 2024-cü ilin payızına kimi çalışdırdığı "Olimpik Marsel" klubunun mətbuat xidməti yayıb.
Məşqçinin ölüm səbəbi açıqlanmayıb.
Jan-Lui "Monpelye"nin qurucularından olan Bernard Qassetin oğludur. O, məşqçilik etməzdən əvvəl demək olar ki, bütün oyunçu karyerasını bu klubda keçirib. "Monpelye" həmçinin Jan-Lui Qassetin son klubu olub və ona 2024-cü ilin oktyabrından 2025-ci ilin aprelinə qədər rəhbərlik edib.
Məşqçilik karyerası ərzində Qasset "Bordo"da, Fransa millisində və PSJ-də Loran Blanın köməkçisi vəzifəsində çalışıb. Baş məşqçi kimi isə o, "Olimpik Marsel"dən əlavə, "Sent-Etyen", "Bordo" klublarında və Fil Dişi Sahili milli komandasında işləyib.