EN

Prezidentin çıxışı Azərbaycan idmanının uğurlarını əks etdirir



"Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı Azərbaycan idmanının uğurlarını və dövlətin bu sahəyə verdiyi önəmi bir daha ortaya qoyur. Dövlət başçısının da vurğuladığı kimi, bu il idmançılarımız beynəlxalq yarışlarda rekord nəticələr göstərmiş, 2000-dən çox medal, o cümlədən 600-dən çox qızıl medal qazanmışlar. Bu, yalnız idmanın inkişafının göstəricisi deyil, eyni zamanda dövlət siyasətinin sistemli və məqsədyönlü nəticəsi kimi dəyərləndirilə bilər. Keçən illərlə müqayisədə artım, Azərbaycanın idmana göstərdiyi diqqət və resursların səmərəli idarə olunmasının nəticəsidir. Eyni zamanda, idmançıların mükafatlandırılması və onların nailiyyətlərinin qiymətləndirilməsi ənənəsinin davam etdirilməsi, bu sahəyə dövlətin verdiyi dəstəyin göstəricisidir".

Newscenter.az xəbər verir ki,
Prezident çıxışında Azərbaycanın idman sahəsində infrastrukturunun əhəmiyyətinə də toxundu. İdman obyektlərinin, xüsusilə bölgələrdə Olimpiya İdman komplekslərinin sıfırdan qurulması və hazırda 46 kompleksi əhatə etməsi, ölkədə idmanın kütləvi və peşəkar səviyyədə inkişafını təmin edir. Gəncədə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi gənclərin idmana cəlb olunmasını asanlaşdırır və regionlarda idman fəaliyyətlərinin genişlənməsinə şərait yaradır.
Dövlət başçısı çıxışında sağlam gənc nəsilin önəmini də xüsusi olaraq qyed etdi. Prezidentin də dediyi kimi, idman yalnız fiziki hazırlığı deyil, həm də gənclərin mənəvi vətənpərvərlik ruhunda tərbiyəsini təmin edir. İdman vasitəsilə gənclər Vətən sevgisi ilə böyüyür, həmrəylik və sosial məsuliyyət duyğusu inkişaf edir. Bu baxımdan, idman həm milli təhlükəsizlik, həm də gələcək inkişaf üçün strateji əhəmiyyətə malikdir.
Azərbaycanın beynəlxalq idman arenasındakı uğurları da diqqət çəkir. Dövlət başçısı qeyd etdi ki, son 5 il ərzində ölkəmizin bayrağı müxtəlif beynəlxalq yarışlarda qalib ölkənin simvolu kimi qaldırılıb. MDB ölkələrinin üçüncü Oyunları, UFC üzrə beynəlxalq turnir, Formula 1 və gələcək Xizək üzrə Dünya Kuboku kimi tədbirlər Azərbaycanın həm idman potensialını, həm də turizm və iqtisadi imkanlarını dünya ictimaiyyətinə təqdim edir. Xüsusilə bölgələrdə təşkil olunan yarışlar, minlərlə xarici qonağın iştirakı ilə ölkənin turizm və infrastruktur imkanlarını nümayiş etdirir.
Beləliklə, Prezidentin çıxışı Azərbaycan idmanının uğurlarını, gənclərin sağlam tərbiyəsini və ölkənin beynəlxalq imicini birləşdirən strateji yanaşmanı əks etdirir deyə bilərik. Bu siyasət yalnız idman sahəsində nəticələr vermir, həm də gənc nəsilin formalaşmasına, ölkənin sosial və mədəni inkişafına xidmət edir və Azərbaycanın regionda nüfuzunun artırılmasına töhfə verir.

Süleyman
Chosen
40
1
newscenter.az

2Sources