EN

"AzeLab"ın rəhbərliyi dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "AzeLab" MMC-nin qanuni təmsilçisi dəyişib.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik edən Şəhla Lətifovanı Elxan Hacıyev əvəz edib.

"AzeLab" 2020-ci ildə nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzi, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyası və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında təsis edilib. Onun nizamnamə kapitalı 245,75 min manatdır. Şirkət dövlət sifarişinə əsasən ətraf mühit komponentlərinin keyfiyyəti üzrə analizləri həyata keçirir.

Chosen
41
2
hit.az

3Sources