EN

Karlsen dünya çempionatının açılışına gecikdi, FİDE prezidentini gözlətdi - VİDEO

Norveçli qrossmeyster Maqnus Karlsen Qətərdə keçirilən Dünya Rapid və Blits Çempionatında ilk gedişə gecikib.

Fanat.Az xəbər verir ki, Rapid və Blits Dünya Çempionatının açılış mərasimindən sonra FİDE prezidenti Arkadi Dvorkoviç və Qətər Şahmat Assosiasiyasının prezidenti Məhəmməd Əl-Modiakhi Karlsenin oyununda simvolik ilk gedişi etmək üçün birinci lövhəyə yaxınlaşıblar. 

Lakin qrossmeyster orada olmayıb. Fəxri qonaqlar qadınlar turnirinə keçmək üzrə olarkən gecikmiş Karlsen zala qaça-qaça daxil olub. Rəsmi FIDE "X" hesabı şahmatçının gəlişinin videosunu paylaşıb.
 

Karlsen ilk turda italyan qrossmeyster Lorenzo Lodiçini məğlub edib.

Norveçli beş dəfə Dünya Rapid çempionu, səkkiz dəfə isə Dünya Blits Çempionatının qalibi olub.

Dünya çempionatı 30 dekabra qədər Dohada keçiriləcək. 
 

Chosen
9
1
fanat.az

2Sources