ABŞ prezidenti Donald Tramp 28 dekabrda Floridada Vladimir Zelenski ilə görüşəcək.
Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.
Cədvələ əsasən, ikitərəfli görüş Palm Biçdə yerli vaxtla saat 15:00-da keçiriləcək.
Qeyd edək ki, Trampın həftəsonu qaldığı şəxsi iqamətgahı Mar-a-Laqo bu kurortun yaxınlığında yerləşir.