EN

bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üzrə seysmik tədqiqatlar üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini dərc edib

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-DanUlduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın paybölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyatşirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində Əşrəfi-Danulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aidƏtraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihəvariantı Podratçı Tərəflər adından hazırlanıb və dərc edilib.

Sənəddə seysmik tədqiqat proqram üzrə təklif edilmişfəaliyyətlərin xülasəsi verilir, bu fəaliyyətlərin ətraf mühitə vəsosial-iqtisadi sahəyə potensial təsirləri araşdırılır və tövsiyəedilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir. ƏMTQprosesi təklif edilmiş işlərin nəticəsində yaranan hər hansı mənfiekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini,minimuma endirilməsini və mümkün olan hallarda, aradanqaldırılmasını təmin etmək məqsədi daşıyır.

ADUA layihəsi üzrə seysmik tədqiqat proqramına 2D yüksəkdəqiqlikli (HR) seysmik tədqiqat daxildir. Qısa müddət üçün nəzərdətutulmuş bu tədqiqatın 20 günədək davam edəcəyi planlaşdırılır.Tədqiqat ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir əraziniəhatə edəcək. Proqramın 2026-cı ilin fevral və aprel aylarıarasında suyun 20-40 metr dərinliyində aparılacağı planlaşdırılır.2D HR seysmik tədqiqatda əsas məqsəd yerin təxminən 1 500 mdərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməkləgələcək kəşfiyyat quyularının planlaşdırılmasına kömək etməkdir.Tədqiqat nəticəsində yeraltı qırılmalar, dayaz qatlara yığılmışqazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazmaəməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltıgeoloji risklərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMTQ prosesininmühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərininsənədləşdirilməsi, əsas maraqlı tərəflərin ümumi fikirlərininlayihələndirmə işlərində və ƏMTQ sənədində əksini tapmasını təminedir.

ƏMTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantlarıbütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb vəaşağıdakı keçid və ya QR kodu vasitəsilə bp-nin veb-səhifəsindənəldə edilə bilər:

Azərbaycan dilində: https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/Asrafi-Dan-ulduzu-Aypara.html

İngilis dilində: https://www.bp.com/en_az/azerbaijan/home/news/reports/environmental-and-social-documentation/Ashrafi-Dan-Ulduzu-Aypara.html

ADUA layihəsi üzrə seysmik tədqiqat proqramı üçün ƏMTQsənədinin, həmçinin, qeyri-texniki xülasənin QR kodu və keçidi 26dekabr 2025-ci il tarixindən həmin sənədləri ictimaiyyətin nəzərdənkeçirməsi üçün aşağıdakı ünvanlarda yerləşdirilib:

  • bp-nin Xəzər Mərkəzi Ofisinin qəbul şöbəsi, Neftçilər prospekti153
  • M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi29
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ElmiKitabxanası, Hüseyn Cavid küçəsi 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası,Azadlıq prospekti 20
  • Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və TəbiiSərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
  • Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyanşossesinin 3-cü kilometri.

ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizimüçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:

  • doldurulmuş rəy formaları ilə birlikdə elektron məktubla[email protected] ünvanına və ya
  • doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010,Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə vəyaxud
  • doldurulmuş rəy formalarını yuxarıda sadalanan ictimaiyerlərdən istənilən birinə təqdim edə bilərsiniz.

ƏMTQ sənədinin açıqlanma müddəti 26 yanvar 2026-cı iltarixinədəkdir.

ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizigözləyirik.

Məqalədə:
Chosen
53
az.trend.az

1Sources