EN

Ağdərəyə ilk qar yağıb - FOTOLAR

Ağdərə rayonuna mövsümün ilk qarı yağıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, qısa vaxt ərzində ərazi ağ örtüyə bürünüb. 

Yağan qar hərəkətə və gündəlik fəaliyyətə hər hansı çətinlik yaratmayıb. Avtomobil yolları açıqdır, nəqliyyatın normal hərəkəti təmin olunur.

Mövcud hava şəraiti ilə əlaqədar aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.

Chosen
17
7
cebheinfo.az

8Sources