EN

Peres Zidanı “Real”a qaytarmaq istəyir

style='margin-bottom:10px;'>

“Real”ın prezidenti Florentino Peres komandanın baş məşqçi vəzifəsində dəyişiklik etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Peres Zinəddin Zidanı yenidən “kral klubu”nun sükanı arxasında görmək niyyətindədir. Madrid təmsilçisinin rəhbərliyi mütəxəssisi Fransa millisini çalışdırmaq fikrindən daşındırmağa çalışır.

“Real”ın planına əsasən, Zidan 2026-cı il mövsümündən etibarən komandanın baş məşqçisi olmalıdır. Daha əvvəl Zidanın 2026-cı il dünya çempionatından sonra Fransa millisini çalışdıracağı və Didye Deşamı əvəzləyəcəyi barədə xəbərlər yayılmışdı.

Eyni zamanda, "Real"ın klubunun hazırkı baş məşqçisi Xabi Alonsonun klubdakı mövqeyinin qeyri-müəyyən olduğu bildirilir. İspaniyanın nüfuzlu mətbu orqanları komandanın qeyri-sabit çıxışı fonunda onun yaxın vaxtlarda istefaya göndərilə biləcəyini yazır.

Qeyd edək ki, Zinəddin Zidan “Real”ın baş məşqçisi kimi ardıcıl 3 dəfə Çempionlar Liqasını qazanıb.

Chosen
37
teleqraf.com

1Sources