EN

Rayonlara qar yağıb - FAKTİKİ HAVA

Dekabrın 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir.

    Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad, Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Qubada 1 mm-dir.

    Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

    Chosen
    26
    32
    news365.az

    10Sources