EN

FTB-nin mərkəzi qərargahı bağlandı: İşçilər təhlükəsiz binaya köçürüldülər

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel qurumun mərkəzi qərargahının bağlandığını, əməkdaşların yeni binaya köçürüldüyünü açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə FTB rəhbəri sosial şəbəkə hesabında yazıb.

"20 ildən çox uğursuz cəhdlərdən sonra FTB-nin Huver binasındakı qərargahını birdəfəlik bağlamaq və işçilərimizi təhlükəsiz, müasir bir obyektə köçürmək planını yekunlaşdırdıq", - deyə Patel bildirib.

Patel bildirib ki, mərkəzi qərargah bir neçə məhəllə aralıda yerləşən Ronald Reyqan adına binaya köçürüləcək. O, Huverdəki ofisin isə birdəfəlik bağlanacağını söyləyib.

FTB rəhbəri qeyd edib ki, qərargah əməkdaşlarının əksəriyyəti təmir işləri başa çatdıqdan sonra yeni binaya köçəcək. Bəzi agentlər resursların yenidən bölüşdürülməsi siyasətinin bir hissəsi olaraq müxtəlif sahələrə göndəriləcəklər.

"Cebheinfo.az"

Chosen
52
cebheinfo.az

1Sources