EN

Yaponiyada zəncirvari qəzada əllidən çox avtomobil toqquşdu

Yaponiyanın Qumma bölgəsində 56 nəqliyyat vasitəsinin iştirakı ilə dəhşətli zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Minakami şəhəri yaxınlığındakı böyük yük maşını sürüşərək yolda dayanıb. Arxadan gələn avtomobillər ona çırpılıb və nəticədə hadisə yerində yanğın da baş verib.

Şahidlərin sözlərinə görə, qəza döngədə baş verib, buna görə də yük maşınının arxasınca gələn sürücülər uyğun vaxtda hadisə yerini görməyiblər.

Avtoqəza səbəbindən ərazidə hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb.

Yaponiya mediasının məlumatına görə, qəzada azı bir nəfər ölüb, 26 nəfər yaralanıb. Beş nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, qalan 21 nəfər isə yüngül xəsarət alıb.

Chosen
49
1
moderator.az

2Sources