EN

Cari ildə Azərbaycana qoyun idxalı iki dəfə artıb

Cari ilin 10 ayı ərzində ölkəyə 288 831 baş diri qoyun gətirilib və idxalın ümumi dəyəri 31 milyon 417.13 min dollara çatıb.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə idxal həm dəyər, həm də miqdar baxımından təxminən iki dəfə artıb.

Belə ki, 2024-cü ilin 10 ayı ərzində ölkəyə ümumilikdə 155 369 qoyun gətirilib. Bu idxalın ümumi dəyəri 14 milyon 905.75 min dollar təşkil edib. Ötən il əsas tədarükçü ölkə Gürcüstan olub - bu ölkədən dəyəri 13 milyon 469.79 min dollar olan 140 089 baş diri qoyun gətirilib. Rusiyadan idxal olunan diri qoyunların sayı 11 830 baş (1 milyon 211.99 min dollar), Qazaxıstandan isə 3 450 baş (223.97 min dollar) təşkil edib.

Bu il də Azərbaycana idxal olunan qoyunların sayında Gürcüstan lider olub. Belə ki, Gürcüstandan 160 223 baş diri qoyun idxal edilib (16 milyon 496.61 min dollar). Rusiyadan isə 128 608 baş diri qoyun gətirilib və bunun dəyəri 14 milyon 920.52 min dollar olub.

Hesabat dövründə Azərbaycandan xaricə bir ədəd belə qoyun satılmayıb.

"Cebheinfo.az"

Chosen
31
cebheinfo.az

1Sources