Bakı. Trend:
Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan Xalq Bank21 illiyini qeyd edir. 2004-cü ildə fəaliyyətə başlayan Xalq Bankötən illər ərzində dayanıqlı inkişaf yolu keçərək müştərilərininetimadını qazanmış, ölkənin bank sektorunda etibarlı tərəfdaş kimimövqeyini möhkəmləndirmişdir.
Yarandığı gündən başlayaraq Xalq Bank fəaliyyətindəmüştəriyönümlülük, etibarlılıq və davamlı inkişaf prinsipləriniəsas tutmuşdur. Bu gün ölkə üzrə Xalq Bank geniş filial şəbəkəsi,çeşidli məhsul və xidmətlər, eləcə də çevik bank həlləri iləmüştərilərinə rahat, təhlükəsiz və əlçatan maliyyə xidmətləritəqdim edir. Xalq Bankın uğurlarının əsasında peşəkar komanda,güclü korporativ mədəniyyət və müştərilərin Banka göstərdiyidavamlı etimad dayanır.
Ötən 21 il ərzində Xalq Bank müxtəlif korporativ sosialməsuliyyət istiqamətli layihələr həyata keçirmiş, “Xalq Əmanəti”sosial-mədəni layihəsi çərçivəsində 26 kitab nəşr etdirməklə millimədəni irsin qorunub gələcək nəsillərə çatdırılması və millimədəniyyətimizin dünyada tanıdılması istiqamətində mühüm işlərgörmüşdür.
Xalq Bank səhmdar, müştəri, biznes tərəfdaş və əməkdaşlarınagöstərdikləri etimada görə dərin minnətdarlığını bildirir, 2026-cıildə birlikdə yeni uğurlara imza atmaq ümidi ilə qarşıdan gələn 31dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilbayramlarını təbrik edir!