EN

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

“Türkiyə 1 yanvar 2026-cı il tarixində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistanla sərhədi açacaq”.

Missiya.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Qraparaq” məlumat yayıb. 

Bildirilir ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana təqdim etdiyi təkliflər və niyyətlər paketində həm də sərhədin qeyd edilən sxem üzrə açılması planları öz əksini tapıb. 

Bununla belə, qəzetin yazdığına görə, Türkiyə hələlik yükdaşımalar üçün sərhədi açmaq niyyətində deyil. 

Rəsmi Ankara həmçinin diplomatik münasibətlərin qurulması haqqında protokol hazırlayıb, lakin onun imzalanması üçün Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsən Türkiyəyə səfər etməsini istəyir. 

Chosen
27
47
missiya.az

10Sources