EN

“Dünya İdman Paytaxtı”nı növbəti ildə daha möhtəşəm yarışlar gözləyir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu,müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli LiderHeydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçünmüəyyənləşdirdiyi siyasətin, inkişaf konsepsiyasının Prezidentİlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqinəticəsidir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidentiİlham Əliyevin idmanın inkişafına, yetişməkdə olan gənc nəsləgöstərdiyi xüsusi diqqət və qayğı qazanılan idman uğurlarındaözünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin iştirakı iləhər ilin sonunda ənənəvi olaraq idman yekunlarına həsr olunanmərasimin keçirilməsi də mühüm məqamları özündə ehtiva edir.Dekabrın 26-da keçirilən 2025-ci ilin idman yekunlarına həsr olunanmərasimdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidentiİlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, bu il idmançılarımıztərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalqyarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki,idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədəmedalların sayı daha çoxdur və bu, təbiidir. Çünki idmanıninkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilədaha yaxşı nəticələrə gətirib çıxarır.

Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına və irimiqyaslıtədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlardaidmançılarımızın iştirakı, əldə etdikləri uğurlar Azərbaycanındünya idmanında yerinin aydın mənzərəsini təqdim edir. Azərbaycanıntəkmil inkişaf modeli hər bir sahədə davamlı uğurlara imza atmasınışərtləndirir. Bu gün ölkəmizə hansı sahədən baxsaq inkişaf vətərəqqinin, zəngin təcrübənin, davamlı uğurların şahidi olarıq.İdman uğurlarımız da bunun təsdiqidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, idmanın inkişafıistiqamətində atılan addımlar göz qabağındadır. 1993-cü ildə xalqıntəkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevgənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinəçevirdi. Ümummilli Lider fiziki cəhətdən sağlam gənclərinyetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin buistiqamətdə atdığı biri-birindən əhəmiyyətli addımların Prezidentİlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsindəAzərbaycan bu gün dünyada və Avropada nüfuzlu idman ölkəsi kimitanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldəetdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdəyaradılmış müasir idman infrastrukturu da bu göstəriciləritamamlayır. Buna ölkəmizdə keçirilmiş dünya, Avropa çempionatlarınıəlavə etsək, görərik ki, həqiqətən də Azərbaycanda idman sürətləinkişaf edir. İdmanın kütləviliyi təmin edilir və AzərbaycandaOlimpiya hərəkatı çox yüksək səviyyədədir.

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsredilən mərasimdə də bildirdi ki, düzgün aparılan siyasət idmanıninkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha dahəvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsilyetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlamgənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki,Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlamolsunlar. Uşaqlıqdan idmana göstərilən maraq əlbəttə, gələcəkdəidman uğurlarına yol açır. Dövlətimizin başçısı onu da qeyd etdiki, siyasətimizin əsas istiqamətlərindən biri gəncləri sağlamruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətənsevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və ölkəmizin inkişafıdaimi, əbədi olsun. Burada əsas amil cəmiyyətdə mövcud olanab-havadır. Bu da çox müsbətdir. Xalqımız böyük dərəcədə həmrəylik,vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir dahatəsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdəttəşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, idman sahəsində gerçəkləşdiriləndövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanınmaddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasirOlimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmizmötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrildi.Ölkəmizin 2015-ci ildə dünyanın idman tarixində yeni bir səhifəaçması- Birinci Avropa Oyunlarına ev sahibliyi, 2017-ci ildə İslamhəmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilən IV İslamHəmrəyliyi Oyunlarının keçirilməsi də deyilənlərin təsdiqidir.2025-ci ildə bu sıraya III MDB Oyunları da daxil oldu. “Hər qəlbdəbir qələbə!” şüarı altında 7 şəhərdə – Gəncə, Qəbələ, Şəki, Yevlax,Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunan III MDB OyunlarıAzərbaycanın idman ölkəsi kimi artan nüfuzunu daha damöhkəmləndirdi. Prezident İlham Əliyev ilin idman yekunlarına həsrolunan mərasimdə vurğuladı ki, Oyunlar çox yüksək səviyyədəkeçirildi. MDB Oyunları ölkəmizin potensialını göstərir. Gəncəşəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, ocümlədən Xankəndi şəhərində keçirildi. İdmançılarımız bu Oyunlardayaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə layiqgörüldük. Bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idmanpotensialını bütün dünyaya göstərir.

Millət vəkili qeyd edib ki, beynəlxalq səviyyədə idman ölkəsikimi nüfuzunu getdikcə möhkəmləndirən Azərbaycanın bölgələrində busahənin inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir.Son illərdə regionlarda tikilən və yenidən qurulan idmankompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir,gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Eynizamanda, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbəridman yarışlarına ev sahibliyi etməklə, özünün yüksək təşkilatçılıqqabiliyyətini nümayiş etdirir. Paytaxt və bölgələrdə müasir idmanarenalarının istifadəyə verilməsi beynəlxalq yarışların yüksəksəviyyədə keçirilməsinə hərtərəfli şərait yaradır. Prezident İlhamƏliyev bildirdi ki, Azərbaycanda idmanın inkişafı dövlətsiyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib.İdman infrastrukturu sıfırdan qurulub və bu gün ən yüksəksəviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şəraitvar. Bu il Gəncədə və Yevlaxda iki Olimpiya İdman Kompleksinintikintisi başa çatmışdır. Bölgələrdə Olimpiya İdman komplekslərininsayı 46-ya çatıb.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev çıxışlarındatarixi Zəfərimizin reallıqları fonunda qalib Azərbaycanınuğurlarından böyük qürur hissi ilə bəhs edir, hədəflər açıqlanarkənişğaldan azad edilmiş ərazilərimizin hərtərəfli inkişafının bütünsahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün idealməkan kimi bərpası, yenidən qurulması qarşıya mühüm vəzifə kimiqoyulur. Əsas çağırışlar sırasında gələcəyimiz olan gənclərin dahavətənpərvər, milli ruhda tərbiyəsi vacib amil kimi önə çəkilir.Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri zamanıidman obyektlərinin tikintisinə xüsusi diqqət göstərilir. Beş ildiridmançılarımız qalib Azərbaycanı təmsil etməkdən qürur hissikeçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idmanyarışlarında da özünü ifadə etməsi üçün səylərini daha daartırırlar. Prezident İlham Əliyev sözügedən mərasimdə də bu məqamıxüsusi vurğuladı. “Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağınıbeynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürurhissi keçiririk” söyləyən Prezident İlham Əliyev bildirdi ki, son 5il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalqarenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalqyarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə,xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına,idman arenalarına qürur hissi ilə çıxırlar. Eyni zamanda, 5 ilbundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətinidə böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqınnümayəndələri kimi yarışlarda iştirak edirlər.

Vüqar Rəhimzadə Bakının 2026-cı il üçün “Dünya İdman Paytaxtı”elan olunduğunu da önə çəkərək bildirib ki, bu, Azərbaycanın idmansahəsində qazandığı uğurların növbəti təqdimatıdır. Bu günədəkçoxlu sayda beynəlxalq yarışlara ev sahibliyi edən Bakını növbətiildə daha möhtəşəm yarışlar gözləyir.

Məqalədə:
Chosen
33
8
az.trend.az

9Sources