Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Ucnoqta.az xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 10 ailə (44 nəfər) qayıdışı təmin edilib.
Belə ki, Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla da Vəngli kəndinə astadan ailələrin ümumi sayı 137 ailə (532 nəfər) çatdırılıb.